Ermənistanda "Dona Pipo" ləqəbli avtoritet və 4 rusiyalı saxlanılıb

Ermənistanda "Dona Pipo" ləqəbli avtoritet və 4 rusiyalı saxlanılıb Bakı. 16 iyun. REPORT.AZ/ Ermənistanın Milli Təhlükəsizlik Xidməti şənbə günü Dona Pipo ləqəbli avtoritet Artur Asatryanın və 4 Rusiya vətəndaşının saxlanıldığını xəbər verib.
Region
16 İyun , 2018 22:47
Ermənistanda Dona Pipo ləqəbli avtoritet və 4 rusiyalı saxlanılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Ermənistanın Milli Təhlükəsizlik Xidməti şənbə günü "Dona Pipo" ləqəbli avtoritet Artur Asatryanın və 4 Rusiya vətəndaşının saxlanıldığını xəbər verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onlar insan oğurluğunda şübhəli bilinirlər. 

Xidmətin yaydığı məlumata görə, cinayət işi çərçivəsində kriminal avtoritetin evində və digər ərazilərdə aparılan axtarışlar zamanı silah-sursat aşkarlanıb. Asatryan 3 nəfərin oğurluğunda şübhəli bilinərək saxlanılıb.

O, habelə bir qrup şəxslə qabaqcadan əlbir olaraq, qanunsuz olaraq silah əldə etməkdə, saxlamaqda və digər cinayətlərdə ittiham edilir. Bu cinayətlərə görə, azadlıqdan 8 ilə qədər müddətinə məhrum edilmə nəzərdə tutulur.

"Cinayət işi ilə bağlı daha 4 nəfər - Rusiya vətəndaşları saxlanılıb" , - deyə xidmətin məlumatında bildirilir.

Son xəbərlər

Orphus sistemi