​Ermənistanda deputat keçmiş meri döydürüb

​Ermənistanda deputat keçmiş meri döydürüb Manvel Qriqoryan özünü Eçmiədzin şəhərinin yiyəsi sayır
Region
12 Yanvar , 2016 11:59
​Ermənistanda deputat keçmiş meri döydürüb

Bakı. 12 yanvar. REPORT.AZ/ Ermənistan parlamentinin deputatı, general Manvel Qriqoryan Eçmiədzin şəhərinin keçmiş meri Qraçik Abqaryanı döydürüb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, deputat özünü Eçmiədzin şəhərinin yiyəsi sayır, orada bütün məsələlərə, hətta maşınların saxlanılması qaydasına, yerinə də nəzarət edir.

Xəbərdə bildirilib ki, keçmiş mer içərisində həyat yoldaşı və gəlini olan "Jeep" markalı maşınını şəhərdəki mağazalardan birinin qarşısında saxlayıb. Deputatın cangüdənləri onun avtomobilinin təkərinin havasını boşaldıb. Buna dözməyən keçmiş mer onlarla mübahisə edib. Özü boksçu olmasına baxmayaraq, dava-dalaş Abqaryanın yerlə sürünməsi ilə nəticələnib. Maşınından hadisəni izləyən Manvel Qriqoryan da davaya müdaxilə edib və cangüdənləri ilə birlikdə keçmiş meri döyüb.

İnformasiyaya əsasən, deputat bu yolla keçmiş mer ilə "köhnə haqq-hesabını çürüdüb". Bu yaxınlarda Q.Abqaryanın oğlu ölüb. Deputatın cangüdənləri keçmiş merin bu halına belə məhəl qoymayıblar. 

Son xəbərlər

Orphus sistemi