​Ermənistanda Cənub Hərbi Dairəsinin təlimləri başlayıb

​Ermənistanda Cənub Hərbi Dairəsinin təlimləri başlayıb Tədbirdə topçuların taktiki, texniki, döyüş silahlarından istifadə ilə bağlı hazırlıqları yoxlanılacaq
Region
5 Mart , 2015 09:40
​Ermənistanda Cənub Hərbi Dairəsinin təlimləri başlayıb

Bakı. 5 mart. REPORT.AZ/ Rusiya Cənub Hərbi Dairəsinin artilleriya tağımları federasiyanın Ermənistandakı Alagəz təlim-məşq kompleksində təlimlərə başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə bildirilib ki, tədbirdə 400-ə yaxın hərbçi iştirak edir.

Məlumata görə, martın sonunda başa çatacaq təlimlər iki min metrlik yüksəklikdə keçirilir.

Təlim zamanı topçuların taktiki, texniki, döyüş silahlarından istifadəsi ilə bağlı hazırlıqları yoxlanılacaq.

Son xəbərlər

Orphus sistemi