Ermənistanda bir qrup valideyn və müəllim tətil elan edib

Ermənistanda bir qrup valideyn və müəllim tətil elan edib Hakimiyyət nümayəndələri etirazçıların tələbinin ödəniləcəyinə söz verib, dərslər bərpa olunub
Region
27 Sentyabr , 2017 14:55
Ermənistanda bir qrup valideyn və müəllim tətil elan edib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Birgünlük boykotdan sonra Ermənistanın Araqatsotn vilayətinin Aştarak şəhərində Petrosyan adına məktəbdə dərslər bərpa olunub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hakimiyyət nümayəndələri etirazçıların tələbinin ödəniləcəyinə söz veriblər.

Qeyd edək ki, sentyabrın 27-də Ermənistanın Araqatsotn vilayətinin Aştarak şəhərində Petrosyan adına məktəbin Valideyn Komitəsi müddətsiz tətil elan edib. Valideyn Komitəsinin qərarı ilə ata-analar övladlarını bir gün məktəbə göndərməyiblər.

Məktəbin tarix müəllimi Anait İspiryan bildirib ki, valideynlərin etiraz aksiyasını məktəbin direktoru və müəllim kollektivi də dəstəkləyib.

Aksiya iştirakçıları 60 yaşlı məktəbin əsaslı təmir olunmasını tələb edirlər. Məktəb 200 şagird üçün nəzərdə tutulsa da, orada 602 uşaq oxuyur.

“Hər birinci və ikinci sinifdə 38 və daha çox şagird var. Bu normadan da çoxdur. Məmurlar binanı təmir edəcəklərini hər il vəd edirlər. Məktəb rəhbərliyi Ermənistan prezidenti Serj Sarqsyana da məsələyə dair məktub ünvanlayıblar. Ancaq indiyədək ondan da cavab gəlməyib ”, - Anait İspiryan bildirib.

Son xəbərlər

Orphus sistemi