Ermənistanda baş nazirliyə əsas namizədin adı təsdiqlənib

Ermənistanda baş nazirliyə əsas namizədin adı təsdiqlənib O, yaxın günlərdə iki mərhələdən ibarət olacaq ölkənin "inkişaf proqramını" təqdim edəcəyini bildirib
Region
9 Sentyabr , 2016 09:50
Ermənistanda baş nazirliyə əsas namizədin adı təsdiqlənib

Bakı. 9 sentyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan hakim Respublikaçılar Partiyasının iclasında Karen Karapetyanın baş nazirliyə namizədliyini irəli sürüb.

"Report"un xəbərinə görə, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İnformasiyaya görə, partiyanın icraedici orqanının toplantısında Karen Karapetyanın baş nazirliyə namizədliyi təsdiqlənib, keçmiş baş nazir Ovik Abramyanın bu postdan istefası qəbul edilib.

Baş nazir vəzifəsinə namizəd Karen Karapetyan həmin iclasda bildirib ki, yaxın günlərdə iki mərhələdən ibarət olacaq ölkənin "inkişaf proqramını" təqdim edəcək.

Qeyd edək ki, Karen Karapetyan 1963-cu il avqustun 13-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsində anadan olub. 1980-85-ci illərdə Yerevan Universitetinin tətbiqi- riyaziyyat fakültəsini bitirib. İqtisadi elmlər doktorudur. 1996-98-ci illərdə "Armenerqo"nun direktor müavini, 1998-2001-ci illərdə bu müəssisənin direktoru, Ermənistan eregetika nazirinin müavini, 2001-2010-cu illərdə "ArmRosqazprom"un (hazırda "Qazprom-Armeniya" adlanır, Rusiyanın "Qazprom" dövlət şirkətinin törəməsidir) baş direktoru, 2010-cu ilin dekabrından 2011-ci ilin oktyabrınadək Yerevanın meri vəzifələrində işləyib. 2011-ci ilin dekabrından "Qazprombank"ın prezidentinin birinci müavinidir.

Son xəbərlər

Orphus sistemi