​Ermənistanda azı 170 nəfərin "donuz qripi"nə yoluxduğu təsdiqlənib

​Ermənistanda azı 170 nəfərin "donuz qripi"nə yoluxduğu təsdiqlənib Ölkə KİV-i bildirib ki, bu virusa yoluxan xəstələrin gerçək sayı daha çoxdur
Region
13 Yanvar , 2016 10:20
​Ermənistanda azı 170 nəfərin donuz qripinə yoluxduğu təsdiqlənib

Bakı.13 yanvar. REPORT.AZ/ Ermənistanda "N1H1" ("donuz qripi") virusuna 170 nəfərin yoluxduğu təsdiqlənib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumatda bildirilib ki, bu virusa yoluxan xəstələrin gerçək sayı ola bilsin daha çoxdur.

Ötən gün Ermənistanda "donuz qripi"ndən daha bir nəfər-35 yaşlı qadın ölüb. 

Qeyd edək ki, bir müddət öncə Ermənistan Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Anait Aytayan bu xəstəlikdən ölkədə 6 nəfərin öldüyünü bildirmişdi. Onun sözlərinə görə, ölkə xəstəxanalarda müxtəlif viruslara yoluxmuş 662 nəfər yerləşdirilib. Onlardan 219-una pnevmaniya diaqnozu qoyulub. Vəziyyəti ağır olan 83 nəfər reanimasiya şöbələrindədir.

Son xəbərlər

Orphus sistemi