Ermənistanda atışma olub

Ermənistanda atışma olub Ermənistanda xəsarətlə nəticələnən kütləvi dava olub.
Region
25 Yanvar , 2020 23:57
Ermənistanda atışma olub

Ermənistanda xəsarətlə nəticələnən kütləvi dava olub.

Bu barədə “Report” “Shamshyan.com”a istinadən xəbər verir.

Məlumata görə, hadisə Ararat vilayətində qeydə alınıb. Ayhavan kəndində baş verən insident zamanı 2 nəfər bıçaq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin başvermə şəraiti və qarşıdurma tərəflərinin şəxsiyyətləri araşdırılır. Qeyd edilir ki, hadisə yerində tapança aşkarlanıb.

Fakt üzrə materiallar toplanılır.

Son xəbərlər

Orphus sistemi