Ermənistanda AİHM-in ölkəyə qarşı olan aktlarının artımından narahatdırlar

Ermənistanda AİHM-in ölkəyə qarşı olan aktlarının artımından narahatdırlar Ombudsman: "Məhkəmə istintaqı ilə əlaqədar çoxlu pozuntular qeydə alınır"
Region
3 Noyabr , 2016 12:46
Ermənistanda AİHM-in ölkəyə qarşı olan aktlarının artımından narahatdırlar

Bakı. 3 noyabr. REPORT.AZ/ "Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Ermənistana qarşı olan aktlarının sayı həm maliyyə, həm də sistem nöqteyi-nəzərdən narahatedici amildir".

"Report" "News.am" portalına istinadən xəbər verir ki, bunu Ermənistan ombudsmanı Arman Tatoyan Milli Məclisdə 2017-ci il dövlət büdcəsi layihəsi üzrə komitələrin dinləmələri zamanı deyib.

"Çiçəklənən Ermənistan" parlament fraksiyasının deputatı Mikael Melkumyanın sualını şərh edərkən A.Tatoyan AİHM-in Ermənistana qarşı olan aktlarının sayının narahatlıq doğurduğunu qeyd edib.

"Yox, ölkəmiz bu göstəricidə birinci yerdə deyil. Buna baxmayaraq, bu, narahatedici durumdur", - deyə o bildirib.

Onun sözlərinə görə, məhkəmə istintaqı ilə əlaqədar çoxlu pozuntular qeydə alınır.

Son xəbərlər

Orphus sistemi