Ermənistanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı açıqlandı

Ermənistanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı açıqlandı Ermənistanda COVID-19-a yoluxanlardan 440-nın vəziyyəti ağır, 55-nin vəziyyəti isə daha ağırdır. Bunlardan 16 nəfər süni nəfəs aparatına qoşulub.
Region
1 İyun , 2020 20:46
Ermənistanda ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı açıqlandı

Ermənistanda COVID-19-a yoluxanlardan 440-nın vəziyyəti ağır, 55-nin vəziyyəti isə daha ağırdır. Bunlardan 16 nəfər süni nəfəs aparatına qoşulub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Arsen Torosyan bildirib.

O, hələlik bu vəziyyətin öhdəsindən gələ bilmədiklərini dilə gətirib.

Xatırladaq ki, Ermənistanda koronavirusa qarşı mübarizə çərçivəsində 16 mart - 13 iyun tarixləri ərzində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Dünənki məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 9 492 nəfər, ölənlərin sayı 139 nəfər, sağalanların sayı isə 3 402 nəfərdir.

Son xəbərlər

Orphus sistemi