Ermənistanda ağır cinayətlərin sayı 22 faiz artıb

Ermənistanda ağır cinayətlərin sayı 22 faiz artıb 2018-ci ilin yanvar-fevral aylarında 36 xüsusi ağır cinayət qeydə alınıb
Region
3 Aprel , 2018 11:16
Ermənistanda ağır cinayətlərin sayı 22 faiz artıb

Bakı. 3 aprel. REPORT.AZ/ Ermənistanda 2018-ci ilin yanvar-fevral aylarında ağır cinayətlərin sayı 2017-ci ilin uyğun dövrü ilə müqayisədə 81 hadisə, yaxud 22 faiz artıb.

“Report” “Haykakan Jamanak”a istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-fevral aylarında 36 xüsusi ağır cinayət qeydə alınıb.

Bildirilib ki, 2017-ci ilin uyğun dövründə 29 xüsusi ağır cinayət hadisəsi baş verib.

2018-ci ilin yanvar-fevral aylarında Ermənistanda cinayətlərin sayı 2017-ci ilin hesabat dövrü ilə müqayisədə 9,5 faiz artıb.

Son xəbərlər

Orphus sistemi