Yuxarı

Ermənistanda 900 min insan yoxsulluq səviyyəsində yaşayır

2014-cü ildə Ermənistanda əhalinin yoxsulluq həddi 30% təşkil edib

Bakı. 24 noyabr. REPORT.AZ/ 2014-cü ildə Ermənistanda əhalinin yoxsulluq həddi 30% təşkil edib. "Report" "EPress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidmətinin "Ermənistanda sosial durum və yoxsulluq" hesabatında deyilir.

Sənədə əsasən, 2014-cü ildə Ermənistanda yetkinlər üçün yoxsulluğun ilk pilləsi ayda 96,8 dollar təşkil edib. Bu rəqəmi 2013-cü ilin göstəricisiylə müqayisə etdikdə, yoxsullq səviyyəsinin 2% azaldığı məlum olur.

2014-cü ildə yoxsulların ümumi sayı 900 min nəfər təşkil edib. Daha yoxsul olanların sayı 330 min, ən yoxsulların sayı isə təxminən 70 min nəfərdir. Sonuncu kateqoriyaya aylıq gəliri 56,2 dollar olan yetkin adamlar daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi