Ermənistanda 62 yaşlı kişi özünü güllələyərək intihar edib

Ermənistanda 62 yaşlı kişi özünü güllələyərək intihar edib Onun meyitini həyat yoldaşı aşkarlayıb
Region
14 İyun , 2017 09:57
Ermənistanda 62 yaşlı kişi özünü güllələyərək intihar edib

Bakı. 14 iyun. REPORT.AZ/ Ermənistanın Sünik vilayətinin Sisian şəhərinin 62 yaşlı sakininin meyiti yaşadığı mənzildə aşkarlanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda yerli polis idarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, polis əməkdaşları və müstəntiqlər Saşa İ. adlı kişinin kəllə nahiyəsində odlu silah yarası aşkar ediblər.

Məlumata görə, intihar edən kişi həyat yoldaşı ilə birlikdə yaşayırmış. Ailənin başqa üzvləri isə Rusiyadadır. Polisdən bildirilib ki, o, evdə tək olub. Meyiti isə həyat yoldaşı aşkarlayıb. 

Son xəbərlər

Orphus sistemi