Ermənistanda ard-arda iki zəlzələ baş verib - YENİLƏNİB

Ermənistanda ard-arda iki zəlzələ baş verib - YENİLƏNİB Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.
Region
10 Sentyabr , 2019 20:49
Ermənistanda ard-arda iki zəlzələ baş verib - YENİLƏNİB

Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.

Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda - Ermənistan ərazisində olub. 


*** 20:37

Ermənistanda 5 bal gücündə zəlzələ baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, zəlzələ Gürcüstan ərazisində də hiss olunub.

Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin yaydığı məlumat görə, zəlzələnin episentri Gürcüstan sərhədindən 5 kilometr aralıda - Ermənistan ərazisində yerləşib.

Son xəbərlər

Orphus sistemi