Ermənistanda 49 yaşlı kişi təcili yardımın əməkdaşlarını girov götürüb

Ermənistanda 49 yaşlı kişi təcili yardımın əməkdaşlarını girov götürüb O, təcili yardımın əməkdaşlarını 40 dəqiqəyədək evində saxlamaqla onları təhqir edib və hədələyib
Region
9 Aprel , 2017 07:46
Ermənistanda 49 yaşlı kişi təcili yardımın əməkdaşlarını girov götürüb
Foto: News.am

Bakı. 9 aprel. REPORT.AZ/ Ermənistanda 49 yaşlı sərxoş kişi təcili yardımın əməkdaşlarını girov götürüb.

"Report"un məlumatına görə, bu barədə "news.am" Ermənistan polisinin mətbuat xidmətinə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Şirak vilayətinin Gümrü şəhərində baş verib. Belə ki, 49 yaşlı Artem C. əvvəlcə evinə təcili yardım çağırıb. Bundan sonra isə sürücüdən və həkimdən araq tələb edərək onları evindən buraxmayıb.

O, təcili yardımın əməkdaşlarını 40 dəqiqəyədək evində saxlamaqla onları təhqir edib və hədələyib.

Bundan sonra təcili yardım xidmətinin briqadasının üzvlərindən biri polisə müraciət edib. 

Faktla bağlı təhqiqat aparılır. 

Son xəbərlər

Orphus sistemi