Yuxarı

Ermənistanda 4-ü uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənərək ölüb

​Ermənistanda 4-ü uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənərək ölüb

Ermənistanda dəm qazından zəhərlənmə nəticəsində beş nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin İnformasiya və İctimaiyyətiylə əlaqələr şöbəsinin rəisi Naira Arutunyan deyib. Onun sözlərinə görə, ölənlərin biri yaşlı qadın, digərləri azyaşlıdır.

Hadisə İrəvan şəhərindən 25 km məsafədə yerləşən Nor-Açin şəhərində baş verib. 

Evlərin birində 77 yaşlı qadının və dörd azyaşlı uşağın meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata əsasən, hadisə dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi