Ermənistanda 34 yaşlı məhkum mələfə ilə özünü asıb

Ermənistanda 34 yaşlı məhkum mələfə ilə özünü asıb Fakt üzrə məhkəmə-tibbi ekspertiza təyin olunub
Region
6 Avqust , 2016 16:59
Ermənistanda 34 yaşlı məhkum mələfə ilə özünü asıb

Bakı. 6 avqust. REPORT.AZ/ Ermənistanda cəzaçəkmə müəssisələrinin birinin xəstəxanasında 34 yaşlı məhkum mələfə ilə özünü asaraq intihar edib. 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi Cinayət-İcra İdarəsinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Qor Qleçyan bildirib. 

Onun sözlərinə görə, məhkumun sağlamlıqla bağlı probleməri olub və buna görə, o, məhkumlar üçün olan xəstəxanaya gətirilib. 

Fakt üzrə məhkəmə-tibbi ekspertiza təyin olunub, 34 yaşlı məhkumun ölüm şərtləriinin müəyyən edilməsi üçün istintaq aparılır. 

Ölən şəxs külli miqdarda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar dəfələrlə məhkum olunub. 

Son xəbərlər

Orphus sistemi