​KİV: "Ermənistana xarici sərmayə qoyuluşu fəlakət həddindədir"

​KİV: "Ermənistana xarici sərmayə qoyuluşu fəlakət həddindədir" Energetika və kənd təsərrüfatı sahələrinə, dağ-mədən sənayesinə cüzi həcmdə xarici sərmayə qoyuluşu müşahidə olunur
Region
10 Aprel , 2015 17:24
​KİV: Ermənistana xarici sərmayə qoyuluşu fəlakət həddindədir

Bakı. 10 aprel. REPORT.AZ/ Ermənistana xarici sərmayə qoyuluşu fəlakət həddindədir.

"Report" xəbər verir ki, bu barədə Ermənistanda çıxan "Aykakan Jamanak" qəzeti məqalə dərc edib.

Qəzetin yazdığına görə, bu ilin birinci rübü haqda rəsmi açıqlama verilməsə də, aparılan hesablamalara əsasən, 2015-ci ilin ilk üç ayında ölkəyə qoyulan xarici sərmayə 10 milyon dollar olub: "Halbuki ötən illərin müvafiq dövründə bu rəqəm 120-150 milyon dollar təşkil edib".

Məlumatda bildirilib ki, Ermənistanın energetika və kənd təsərrüfatı sahələrinə, dağ-mədən sənayesinə cüzi həcmdə xarici sərmayə qoyuluşu müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi