​Ermənistana qeyri-kommersiya köçürmələrin həcmi azalıb

​Ermənistana qeyri-kommersiya köçürmələrin həcmi azalıb Köçürmələrin həcmi 37,7 milyon dollar, yaxud 35,6% azalıb
Region
15 Aprel , 2015 12:46
​Ermənistana qeyri-kommersiya köçürmələrin həcmi azalıb

Bakı. 15 aprel. REPORT.AZ/ Ermənistana xaricdən qeyri-kommersiya təyinatlı fiziki şəxslərə köçürmələrin həcmi bu ilin fevralında ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7 milyon dollar, yaxud 35,6% azalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistan Mərkəzi Bankı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il də əsas köçürmələr Rusiya Federasiyasından edilib. Məlumatda bildirilib ki, RF-dən qeyri-ticari məqsədlə köçürmələr ötən ilin hesabat dövrü ilə müqayisədə azalaraq 35,8 milyon dollar, yaxud 2014-cü ildəki məbləğin 42,9%-ni təşkil edib. 

Son xəbərlər

Orphus sistemi