Ermənistana pul köçürmələrinin həcmi 40 faizə yaxın azalıb

Ermənistana pul köçürmələrinin həcmi 40 faizə yaxın azalıb Maliyyə naziri: “Ermənistan iqtisadiyyatı dəstəkləmək məqsədi ilə xarici borcların həcmini artırıb”
Region
6 İyul , 2017 11:51
Ermənistana pul köçürmələrinin həcmi 40 faizə yaxın azalıb

Bakı. 6 iyul. REPORT.AZ/ Son 3 ildə Ermənistana pul köçürmələrinin həcmi 830 milyon dollar və yaxud 38,4% azalıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Vardan Aramyan iyulun 6-da parlamentin növbədənkənar iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, bu, ilk növbədə Rusiyaya tətbiq edilən sanksiyalar və ölkə iqtisadiyyatının inkişafının zəif olması ilə əlaqədardır. 

“Ermənistan iqtisadiyyatı dəstəkləmək məqsədi ilə xarici borcların həcmini artırıb”, - deyə nazir vurğulayıb.

Son xəbərlər

Orphus sistemi