​Ermənistan Yaşıllar Birliyinin sədri: "Ölkədə yeni AES-in tikilməsi üçün uyğun ərazi yoxdur"

​Ermənistan Yaşıllar Birliyinin sədri: "Ölkədə yeni AES-in tikilməsi üçün uyğun ərazi yoxdur" Akop Sanasaryan: "Yeni stansiyanın tikilməsi üçün nəzərdə tutulan ərazidə isə seysmik fəallıq 9,5 -10 bal gücündədir"
Region
16 Fevral , 2016 14:15
​Ermənistan Yaşıllar Birliyinin sədri: Ölkədə yeni AES-in tikilməsi üçün uyğun ərazi yoxdur

Bakı. 16 fevral. REPORT.AZ/ "Ermənistanda Atom Elektrik Stansiyasının (AES) tikilməsi üçün uyğun ərazi yoxdur".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Yaşıllar Birliyinin sədri Akop Sanasaryan fevralın 16-da keçirdiyi məbuat konfransında bildirib .

Onun sözlərinə görə, Ermənistandakı heç bir hökumət nüvə enerjisinə ciddi yanaşmayıb: "Ermənistanın çox acı təcrübəsi var. Metsamor AES tikinti normalarının çox ciddi pozulması ilə inşa edilib. İndi yeni stansiyanın tikilməsi haqda qərar qəbul olunub. Əsas məsələ seysmik cəhətdən az fəal olan ərazinin seçilməsidir. Yeni AES-in tikilməsi üçün isə nəzərdə tutulan ərazidə isə seysmik fəallıq 9,5 -10 bal gücündədir".

Qeyd edək ki, Ermənistan 2018-ci ildə yeni atom enerji blokunun tikintisinə başlayacaq.

Xatırladaq ki, Azərbaycan və Türkiyə rəsmiləri, ictimai təşkilatları Ermənistan AES-in bölgəni radioaktiv tullantılarla çirkləndirdiyini dəfələrlə bildirib və stansiyanın bağlanmasını beynəlxalq təşkilatlardan tələb ediblər. 

Son xəbərlər

Orphus sistemi