Ermənistanın XİN başçısı İndoneziyaya səfər edəcək

Ermənistanın XİN başçısı İndoneziyaya səfər edəcək Edvard Nalbandyan bu ölkənin icraedici və qanunverici orqanlarının təmsilçiləri ilə görüşəcək
Region
31 Oktyabr , 2016 11:52
Ermənistanın XİN başçısı İndoneziyaya səfər edəcək

Bakı. 31 oktyabr. REPORT.AZ/ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İndoneziyaya işgüzar səfər edəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Noyabrın 1-də gerçəkləşdiriləcək səfər çərçivəsində E.Nalbandyan İndoneziyanın icraedici və qanunverici orqanlarının təmsilçiləri ilə görüşəcək.

Məlumata görə, onun ASEAN-ın baş katibi ilə görüşü də planlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi