Yuxarı

Ermənistanın keçmiş xarici işlər naziri istintaqda dindirilib

Ermənistan XİN-ə 10 il başçılıq etmiş nazir ifadə verib

Bakı. 28 fevral. REPORT.AZ/ Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 2008-ci il martın 1-i hadisələri çərçivəsində ifadə verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti bu məsələni şərh etməkdən boyun qaçırıb: “Şərh etmirik”.

Bildirilib ki, martın 1-i hadisəsi çərçivəsində artıq keçmiş prezidentlər Levon Ter-PetrosyanSerj Sarqsyan artıq ifadə veriblər.

Qeyd edək ki, 1955-ci ildə Suriyanın Hələb şəhərində doğulan Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi