Ermənistan XİN başçısı İsveçrə və ABŞ-a səfər edəcək

Ermənistan XİN başçısı İsveçrə və ABŞ-a səfər edəcək Edvard Nalbandyan Suriyadan olan qaçqınlara yardım üzrə yüksək səviyyəli görüşdə iştirak edəcək
Region
28 Mart , 2016 12:54
Ermənistan XİN başçısı İsveçrə və ABŞ-a səfər edəcək

Bakı. 28 mart. REPORT.AZ/ Ermənistan xarici işlər naziri Edvard Nalbandyan martın 29-da Suriyadan olan qaçqınlara yardım üzrə yüksək səviyyəli görüşdə iştirak etmək məqsədilə İsveçrəyə gedəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu adıçəkilən ölkənin XİN-indən bildiriblər.

Görüş Cenevrədə keçiriləcək.

Martın 30-da isə xarici işlər naziri Ermənistan prezidenti Serj Sarqsyanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Vaşinqtona səfər edəcək.

Son xəbərlər

Orphus sistemi