Ermənistan vətəndaşları Rusiyada əmək istismarına məruz qalıblar

Ermənistan vətəndaşları Rusiyada əmək istismarına məruz qalıblar Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi faktlarla bağlı cinayət işi açıb
Region
4 Avqust , 2017 16:22
Ermənistan vətəndaşları Rusiyada əmək istismarına məruz qalıblar

Bakı. 4 avqust. REPORT.AZ/ Ermənistan vətəndaşları Rusiyada əmək istismarına məruz qalıblar.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 2012-2014-cü illərdə ölkə vətəndaşlarını müxtəlif bəhanələrlə şirnikləndirərək onları Rusiyadakı ermənilərin müəyyən edilmiş işlərini görmək üçün aparıblar.

Onların zəhmətlərinin qarşılığı ya az ödənilib, ya da heç nə verilməyib. Ermənistanın həmin vətəndaşlarının pasportu əllərindən alınıb. Bununla da onlar sərbəst hərəkət etmək hüququndan məhrum olublar.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq idarəsi faktlarla bağlı cinayət işi açıb. Araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi