Ermənistan vətəndaşları daha çox parlamentin fəaliyyətindən narazıdır

Ermənistan vətəndaşları daha çox parlamentin fəaliyyətindən narazıdır Bunu "Gallup International Association" şirkətinin keçirdiyi sorğunun nəticələri sübut edir
Region
2 İyul , 2016 17:42
Ermənistan vətəndaşları daha çox parlamentin fəaliyyətindən narazıdır

Bakı. 2 iyul. REPORT.AZ/ Ermənistan vətəndaşları hakimiyyət orqanlarından daha çox parlamentin fəaliyyətindən narazıdır.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Gallup International Association" şirkətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Keçirilmiş sorğuya əsasən, respondentlərin 79,6%-i Milli Məclisin (parlamentin), 77,4%-i hökumətin, 68,3%-i isə prezidentin fəaliyyətindən narazıdır.

Eyni zamanda, respondentlərin 26%-i dövlət başçısının, 17,6%-i hökumətin, 15,2%-i isə parlamentin fəaliyyətindən razılığını bildirib. Rəyi soruşulanların 5%-i bu suallara cavab verməkdə çətinlik çəkib.

Son beş ildə Ermənistanda ümumi vəziyyətin dəyişməsinə gəlincə, respondentlərin 66,9%-i onun qismən və ya əhəmiyyətli dərəcədə pisləşdiyini bildirib. Rəyi soruşulanların 8,1%-i müsbət addımlar görüb, 24,2% isə heç nəyin dəyişmədiyini vurğulayıb.

Xatırladaq ki, sorğu Yerevanda və Ermənistanın regionlarında 1106 respondent arasında aparılıb. Bu, Ermənistanda 2017-ci ildə baş tutacaq parlament seçkiləri ərəfəsində "Gallup International Association" şirkətinin seçki prosesləri öncəsi ölkədəki mənzərəni canlandırmaq üçün keçirdiyi ilk ictimai rəy sorğusu olub.

Son xəbərlər

Orphus sistemi