Ermənistan vətəndaşı Moskvada iki həmvətənini qətlində şübhəli bilinir

Ermənistan vətəndaşı Moskvada iki həmvətənini qətlində şübhəli bilinir Hazırda şübhəli şəxs axtarışdadır
Region
24 Oktyabr , 2016 15:42
Ermənistan vətəndaşı Moskvada iki həmvətənini qətlində şübhəli bilinir

Bakı. 24 oktyabr. REPORT.AZ/ Ermənistan vətəndaşı iki həmvətənini - Eduard Nşanyanı və Armen İsrailyanı qətlə yetirməkdə şübhəli bilinir.

"Report" "Tert.am" portalına istinadən xəbər verir ki, bu barədə Moskva polis idarəsindəki mənbə məlumat verib.

Hüquq-mühafizə orqanlarından əldə olunan məlumata görə, şübhəli şəxs hazırda axtarışdadır.

Qətlə yetirilənlərin hər ikisi Yerevan doğumlu olub və onların Rusiyada daimi iş yeri olmayıb. Qətlə yetirilənlərin tapıldığı mənzil də Ermənistan vətəndaşına - Edik Arutyunyana məxsusdur.

Fakla bağlı "iki və ya daha çox şəxsin öldürülməsi" maddəsi isə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi