​Ermənistan tərəfi: Cəbhədə döyüşlər zamanı 36 hərbçi ölüb, 122-si yaralanıb

​Ermənistan tərəfi: Cəbhədə döyüşlər zamanı 36 hərbçi ölüb, 122-si yaralanıb "Öldürülən 4 hərbçinin cəsədi bu gün döyüş meydanında tapılıb"
Region
7 Aprel , 2016 22:40
​Ermənistan tərəfi: Cəbhədə döyüşlər zamanı 36 hərbçi ölüb, 122-si yaralanıb

Bakı. 7 aprel. REPORT.AZ/ Ermənistan tərəfi cəbhədə verdiyi itkilərin daha bir hissəsini etiraf edib.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, düşmən tərəfi həftənin əvvəlində qoşunların təmas xəttində baş verən toqquşmalar nəticəsində itirdiyi hərbçilərinin 36 nəfərə çatdığı açıqlayıb.

Məlumata görə, Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilən erməni təxribat qruplarının sıralarında 9 zabit və gizir, 27 çavuş, əsgər və müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Düşmən, həmçinin 24-ü zabit olmaqla 122 hərbçisinin yaralandığını etiraf edib.

İddia olunur ki, öldürülən 4 hərbçinin cəsədi bu gün döyüş meydanında tapılıb. Onlar bu günə qədər itkin düşmüş hesab olunurdular.

Ermənistan tərəfi bundan əvvəl münaqişə zonasında gedən döyüşlər zamanı 29 hərbçisini və orduya köməyə gələn 7 könüllüsünü itirdiyini, 100-dən çox yaralısının olduğunu, 26 hərbi qulluqçusunun itkin düşdüyünü, 14 tankının vurulduğunu, şimal-şərq istiqamətində 3, cənub-şərq istiqamətində isə 5 postu əldən verdiyini açıqlamışdı.

Azərbaycanın Müdafiə Nazirliyinin məlumatına görə isə, düşmən tərəfi hazırda açıqladığı itkilərdən bir neçə dəfə çox canlı qüvvə və hərbi texnikasını itirib.

Son xəbərlər

Orphus sistemi