​Ermənistan tərəfi canlı qüvvə itkisi barədə növbəti bəyanatını yayıb

​Ermənistan tərəfi canlı qüvvə itkisi barədə növbəti bəyanatını yayıb Düşmən 7 könüllüsünü itirdiyini xəbər verir
Region
4 Aprel , 2016 23:46
​Ermənistan tərəfi canlı qüvvə itkisi barədə növbəti bəyanatını yayıb

Bakı. 5 aprel. REPORT.AZ/ Ermənistanın Müdafiə Nazirliyi bazar ertəsi ölkənin növbəti itkiləri barədə məlumat yayıb.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Azərbaycanla qoşunların təmas xəttində gedən döyüşlər nəticəsində orduya köməyə gələn 7 könüllüsünü itirib.

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyanın verdiyi məlumata görə, onları daşıyan avtobus raket zərbəsinə tuş gəlib. O, hadisənin təmas xəttinin şimal istiqamətində baş verdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi