Ermənistan, Tacikistan, Qırğızıstan və Özbəkistan ATƏT-in ofisinin mandatını uzada bilməyib

Ermənistan, Tacikistan, Qırğızıstan və Özbəkistan ATƏT-in ofisinin mandatını uzada bilməyib ATƏT PA prezidenti mandatın uzadılması barədə dərhal razılığa gəlinməsinə çağırış edib
Region
13 Yanvar , 2017 16:18
Ermənistan, Tacikistan, Qırğızıstan və Özbəkistan ATƏT-in ofisinin mandatını uzada bilməyib

Bakı. 13 yanvar. REPORT.AZ/ ATƏT-in Parlament Assambleyasının prezidenti Kristin Muttonen Ermənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanda ATƏT missiyasının mandatının uzadılması barədə dərhal razılığa gəlinməsinə çağırış edib.

"Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ATƏT-in adıçəkilən ölkələrdəki mandatı 2016-cı il dekabrın 31-də başa çatıb və qeyd edilən ölkələr tərəfindən uzadılmayıb.

K.Muttonenin sözlərinə görə, ofislər ölkələrə ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirməkdə yardım edib.

O bildirib ki, ATƏT PA yaranmış vəziyyətdən çıxış üzrə Avstriyanın təşkilatdakı sədrliyinin səylərini dəstəkləyir.

Qeyd edək ki, 2016-cı ilin sonunda ATƏT-in 17 ofisi olub. Azərbaycanda ATƏT-in ofisi 2015-ci ilin iyul ayında bağlanıb.

Son xəbərlər

Orphus sistemi