​Ermənistan şirkəti qəzaya uğrayan təyyarəsi haqda açıqlama vermək istəmir

​Ermənistan şirkəti qəzaya uğrayan təyyarəsi haqda açıqlama vermək istəmir "Taronavia" şirkətinin sahibi heç kimlə görüşmür, telefon zənglərinə cavab vermir
Region
7 Noyabr , 2015 10:58
​Ermənistan şirkəti qəzaya uğrayan təyyarəsi haqda açıqlama vermək istəmir

Bakı. 7 noyabr. REPORT.AZ/ Cənubi Sudanda qəzaya uğrayan "An-12" yük təyyarəsinin sahibi olan Ermənistanın"Taronavia" şirkəti hadisəni şərh etməkdən imtina edib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, şirkətin sahibi Qarnik Papikyan heç kimlə görüşmür və telefon zənglərinə cavab vermir. Şirkətdə onun Cənubi Sudana getdiyini ehtimal edirlər.

Qeyd edək ki, Rusiyanın Xarici İşlər Nazirliyi təyyarənin Tacikistanda qeydiyyatdan keçdiyi haqda açıqlama yaymışdı. Tacikistanın "Asia Airways" şirkəti təyyarənin Ermənistanın "Ala İnternational Ltd" şirkətinə məxsus olduğunu bildirmişdi. Ermənistanın Xarici İşlər Nazirliyi isə iddia edirdi ki, qəzaya uğrayan "An-12" təyyarəsi 2014-cü ildə ölkədə qeydiyyatdan çıxarılıb və "Asia Airways"ə aiddir. Lakin son nəticədə təyyarənin Ermənistan şirkətinə aid olduğu təsdiqlənib.

Xatırladaq ki, noyabrın 4-də Cənubi Sudanda təyyarə qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 18 nəfər, o cümlədən 6 pilot olub. Qəza nəticəsində ölən 6 ekipaj üzvündən 5-i Ermənistan vətəndaşıdır. Təyyarə yaşayış evinin üstünə düşdüyündən, qəza nəticəsində 50-dən çox insan həyatını itirib.

Son xəbərlər

Orphus sistemi