​Ermənistan ŞƏT ilə dialoq üzrə tərəfdaş statusunu rəsmiləşdirib

​Ermənistan ŞƏT ilə dialoq üzrə tərəfdaş statusunu rəsmiləşdirib Bu il analoji sənədləri Azərbaycan və Nepal da imzalayıb
Region
16 Aprel , 2016 07:21
​Ermənistan ŞƏT ilə dialoq üzrə tərəfdaş statusunu rəsmiləşdirib

Bakı. 16 aprel. REPORT.AZ/ Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə dialoq üzrə tərəfdaş dövlət statusunu rəsmiləşdirib.

"Report" xəbər verir ki, müvafiq memorandumu ŞƏT-in mənzil qərargahında təşkilatın baş katibi Rəşid Alimov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan imzalayıblar.

Bu il analoji sənədləri Azərbaycan və Nepal da imzalayıb.

Hazırda ŞƏT-in 6 üzvü var. Bunlar Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistandır. Ümumilikdə isə müşahidəçi və dialoq üzrə tərəfdaş dövlətləri nəzərə almaqla quruma 18 ölkə daxildir.

Son xəbərlər

Orphus sistemi