Yuxarı

Ermənistan Səhiyyə Nazirliyi: Yerevanda baş vermiş qarşıdurmalarda xəsarət alanların 30-dan çoxu xəstəxanalarda qalır

İğtişaşlardan sonra Yerevan xəstəxanalarına 29-u polis əməkdaşı olmaqla, 51 nəfər müraciət edib

Bakı. 21 iyul. REPORT.AZ/ Yerevanda silahlı qruplaşmanın ələ keçirdiyi post-patrul xidməti alayı binasının yaxınlığında baş vermiş toqquşma nəticəsində xəsarət alanların 30-dan çoxu hazırda müalicəsini şəhər xəstəxalarında davam etdirir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyindən bildirilib.

Daha əvvəl dünən gecə polislə nümayişçilər arasında baş vermiş toqquşmalardan sonra Yerevan xəstəxanalarına 29-u polis əməkdaşı olmaqla, 51 nəfərin müraciət etdiyi xəbər verilmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi