Ermənistan Səhiyyə Nazirliyi silahlı qruplaşmanı girov götürdükləri tibb işçilərini azad etməyə çağırıb

Ermənistan Səhiyyə Nazirliyi silahlı qruplaşmanı girov götürdükləri tibb işçilərini azad etməyə çağırıb Hazırda 52 saatdan çoxdur təcili-tibbi yardım briqadasının iki həkimi və tibb bacısı alayın ərazisində saxlanılır
Region
29 İyul , 2016 17:34
Ermənistan Səhiyyə Nazirliyi silahlı qruplaşmanı girov götürdükləri tibb işçilərini azad etməyə çağırıb

Bakı. 29 iyul. REPORT.AZ/ Ermənistan Səhiyyə Nazirliyi Yerevanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlını qruplaşmanı girov götürdükləri tibb işçilərini azad etməyə çağırıb.

"Hazırda 52 saatdan çoxdur təcili-tibbi yardım briqadasının iki həkimi və tibb bacısı alayın ərazisində saxlanılır. Onların azad edilməsi ilə bağlı çoxsaylı çağırışlara Yerevanın bir sıra tibb müəssisəsinin həkimləri və tibb bacıları da qoşulublar", - Ermənistan Səhiyyə Nazirliyinin bəyanatında deyilir.

Qeyd edək ki, iyulun 27-də silahlı qruplaşma yaralı qrup üzvlərinə yardım etmək məqsədilə alayın ərazisinə gələn təcili-tibbi yardım briqadasının 4 əməkdaşını girov götürüb. Qruplaşma Ermənistan səhiyyə naziri Armen Muradyanın gəlməsini və tibb işçilərinin əvəzinə qalmasını tələb edib. Sonradan həkimlərdən biri sərbəst buraxılıb. 

Silahlı qruplaşmanın üzvü Varujan Avetisyan isə yeni həkim briqadası gələcəyi halda tibb işçilərini azad etməyə hazır olduqlarını bildirib.

Son xəbərlər

Orphus sistemi