Ermənistan sakini etiraz əlaməti olaraq vətəndaşlıqdan imtina edib və Gürcüstana gedir

Ermənistan sakini etiraz əlaməti olaraq vətəndaşlıqdan imtina edib və Gürcüstana gedir Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistan sakini Soqomon Kazaryan ölkəsinin vətəndaşlığından imtina edib və iki uşağı ilə birlikdə Gürcüstana gedir.
Region
16 Yanvar , 2019 16:09
Ermənistan sakini etiraz əlaməti olaraq vətəndaşlıqdan imtina edib və Gürcüstana gedir

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistan sakini Soqomon Kazaryan ölkəsinin vətəndaşlığından imtina edib və iki uşağı ilə birlikdə Gürcüstana gedir.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

"Ermənistan Respublikasının vətəndaşı olmaqdan imtina edirəm", - Kazaryan söyləyib.

O yalnız ata olmasına baxmayaraq, dörd ildir dövlətdən heç bir müavinət ala bilmədiyini qeyd edir.

Qeyd edək ki, Kazaryan etiraz əlaməti olaraq yanvarın 8-də prezident iqamətgahı qarşısında aclıq aksiyasına başladığını elan edib, yanvarın 10-da isə Ermənistanın baş naziri funksiyasını müvəqqəti icra edən Nikol Paşinyanla görüşməyə uğursuz cəhd edib.

Son xəbərlər

Orphus sistemi