Yuxarı

​Ermənistan Rusiyadan silah almaq üçün danışıqlar aparır

Artsrun Ovannisyan: İskander-M raket kompleksinin alınması ilə bağlı konkret bir söz deyə bilmərəm

Bakı. 8 iyul. REPORT.AZ/ ""İskander-M" raket kompleksinin alınması ilə bağlı konktert bir söz deyə bilmərəm. Ancaq Rusiya ilə çeşidli hücum tipli, o cümlədən uzaqmənzilli silahın alınmasına dair danışıqlar aparılır".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

O deyib ki, Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq kredit bu ölkədən silah almağa sərf ediləcək: "Yeni hücum və müdafiə xarakterli silah, texnika, eləcə də yeni qurğu alınacaq. Bütün bunların hamısı orudunun irimiqyaslı yenidən silahlanması çərçivəsində həyata keçiriləcək".

Mütəxəssislər "İskander-M"in bir neçə tipinin olduğunu bildiriblər. Rusiya Silahlı Qüvvələrində bu raket kompleksinin 500 km uzaqlıqdakı hədəfi vuran növü mövcuddur.

Məlumata əsasən, sövdələşmə baş tutarsa, o zaman Rusiyadan sonra Ermənistan "İskander-M" raket kompleksinə malik ikinci dövlət ola bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi