Ermənistan Rusiyadan aldığı qazın qiymətinə yenidən baxılmasını istəyir

Ermənistan Rusiyadan aldığı qazın qiymətinə yenidən baxılmasını istəyir Bakı. 8 oktyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan yeni təyin etdiyi energetika naziri Qareqin Baqramyana Rusiya ilə təbii qazın yeni qiymətinə dair təkliflər paketinin təhlilini başa çatdırmağı tapşırıb.
Region
8 Oktyabr , 2018 11:42
Ermənistan Rusiyadan aldığı qazın qiymətinə yenidən baxılmasını istəyir
getty

Bakı. 8 oktyabr. REPORT.AZ/ Ermənistanın baş naziri Nikol Paşinyan yeni təyin etdiyi energetika naziri Qareqin Baqramyana Rusiya ilə təbii qazın yeni qiymətinə dair təkliflər paketinin təhlilini başa çatdırmağı tapşırıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə məlumat N.Paşinyanın “Fasebook” səhifəsində yayılıb.

Hökumət başçısı bildirib ki, bu il noyabrın 8-də və dekabrın ortalarında Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Onun sözlərinə görə, təbii qazın qiyməti ilə bağlı təkliflər paketi nə qədər tez hazır olsa yaxşıdır. 

Q.Baqramyan isə bildirib ki, Rusiyadan təbii qazın min kubmetrini 150 dollara almaq rəsmi Yerevana sərf etmir: “Ən sərfəli qiymət təbii qazın min kub metrini 140 dollara tədarük etməkdir. Bundan başqa,  istehlakçılar üçün də tariflərə yenidən baxmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi