Yuxarı

Ermənistan Rusiya ilə birgə enerji blokunun tikintisini təxirə salıb

Yervand Zaxaryan: Bu məsələni yenidən müzakirə etməliyik

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiyanın iştirakı ilə Ermənistanda yeni enerji blokunun tikintisi təxirə salınıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Ermənistan hökumətinin fevralın 11-də keçirilən iclasında qərar qəbul edilib.

Buna səbəb olaraq layihədə maliyyə və enerji blokunun gücü ilə bağlı edilən dəyişikliklər göstərilib.

Ermənistanın energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryan bildirib ki, məsələni yenidən müzakirə etməlidirlər. Qeyd edək ki, 2018-ci ildə Ermənistan Atom Elektrik Stansiyasında yeni enerji blokunun tikintisinə başlanılmalı və 2026-cı ildə başa çatmalı idi.

Qeyd edək ki, ötən ay Ermənistan hakimiyyəti Metsamor Atom Elektrik Stansiyasının (AES) istismar müddətini artırmaq məqsədilə stansiyanın fəaliyyətini 2017-ci ilin yazında əsaslı təmir üçün 3-4 ay dayandıracağını bildirmişdi. AES Rusiyanın ayırdığı 270 milyon dollar məbləğində kreditin və 30 milyon dollarlıq qrantın hesabına təmir ediləcək.

Ermənistanın Metsamor AES 1989-cu ildə istismara verilib. Ətraf mühiti radioaktiv maddə tullantıları ilə çirkləndirdiyi stansiyanın istismarının dayandırlmasını Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlar qarşısında dəfələrlə qaldırıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi