Ermənistan Rusiya ilə AES-in istismar müddətinin uzadılması haqqında müqaviləni ratifikasiya edib

Ermənistan Rusiya ilə AES-in istismar müddətinin uzadılması haqqında müqaviləni ratifikasiya edib Rusiya və Ermənistan fevralın əvvəllərində istismar müddətinin uzadılması üzrə işlərin maliyyələşdirilməsinə dair müqavilə imzalayıb
Region
5 May , 2015 19:39
Ermənistan Rusiya ilə AES-in istismar müddətinin uzadılması haqqında müqaviləni ratifikasiya edib

Bakı. 5 may. REPORT.AZ/ Ermənistan parlamenti ölkənin Atom-Elektrik Stansiyasının (AES) istismar müddətinin uzadılması üçün Ruiyadan kreditin alınmasına dair müqaviləni ratifikasiya edib. Bu barədə "Report" Ermənistanın "News.am" nəşrinə istinadən xəbər verir. 

Sənədin lehinə 111 deputat, əleyhinə 1 nəfər səs verib, 3 deputat isə bitərəf olub. 

Rusiya və Ermənistan fevralın əvvəllərində istismar müddətinin uzadılması üzrə işlərin maliyyələşdirilməsinə dair müqavilə imzalayıb. Tərəflər 2019-cu il yanvarın 15-də borcun ödənilməsi müddətinin başlaması ilə Rusiyanın 300 mln dollar həcmində, illik 3% olmaqla ixrac krediti hesabına həyata keçiriləcəyinə dair razılığa gəlib. Rusiyalı mütəxəssislər enerji blokuna baxış keçirib. İşlərin həyata keçirilməsi üçün lisenziyanın 2016-cı ildə alınacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi