Ermənistan Rusiya ilə 100 milyon dollarlıq müdafiə krediti sazişi imzalayıb

Ermənistan Rusiya ilə 100 milyon dollarlıq müdafiə krediti sazişi imzalayıb Kredit 15 il müddətə illik 3% ilə verilir
Region
1 Noyabr , 2017 11:16
Ermənistan Rusiya ilə 100 milyon dollarlıq müdafiə krediti sazişi imzalayıb

Bakı. 1 noyabr. REPORT.AZ/ "Rəsmi Moskva yaxın zamanlarda mövcud müqavilə çərçivəsində Ermənistanı silah partiyası ilə təmin edəcək, imzalanmış 100 milyon dollarlıq yeni kredit sazişi isə dövlətlərarası bütün müqavilələrin tamamlanmasından sonra reallaşdırılacaq."

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Ermənistan Prezidenti Serj Sarqsyan bildirib.

"Bu ilin sonuna qədər mövcud müqaviləni tətbiq edəcəyik. Bu günlərdə yeni təchizatlar gözləyirik. İlin sonuna qədər əvvəlki sazişlə bağlı bütün məsələləri qapadacağıq", - S.Sarqsyan vurğulayıb.

Saziş layihəsində kreditin 15 il müddətinə illik 3% ilə verildiyi göstərilib.

Son xəbərlər

Orphus sistemi