Bakı. 21 avqust. REPORT.AZ/ Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazasında öldürülən rus əsgəri İvan Novikovun meyitini və bu cinayət işi ilə bağlı sənədləri hələ də Moskvaya verməyib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan deyib.
Onun sözlərinə görə, komitə həmin cinayət işi ilə bağlı materialları Ermənistan Baş Prokurorluğuna bu ilin iyulunda təqdim edib. Rusiya tərəfi əsgərinin meyitini və onun ölümü ilə bağlı cinayət işinin verilməsini istəsə də, Ermənistanın hüquq-mühafizə orqanları indiyədək onların bu tələbini yerinə yetirməyib.
Məlumata görə, həmin hadisə ilə bağlı cinayət işi İstintaq Komitəsi ilə
Xatırladaq ki, bu il iyunun 15-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsinin hərbçisi İvan Novikovun meyiti Gümrüdəki "Ana Ermənistan" abidəsinin yanında aşkarlanıb. Araşdırma zamanı meyitdə bıçaq yaraları olduğu üzə çıxıb. Ermənistan İstintaq Komitəsi Cinayət Məcəlləsinin qətl maddəsi ilə cinayət işi açıb.
Rusiyanın Hərbi İstintaq İdarəsinin İstintaq Komitəsi də hadisəni araşdırır. Şübhəli şəxs qismində həmin hərbi hissənin müddətli hərbçisi İvan Bosxomciyev həbs edilib.