​Ermənistanda qaz-yanacaqdoldurma məntəqəsində partlayış olub

​Ermənistanda qaz-yanacaqdoldurma məntəqəsində partlayış olub İlkin məlumata görə, xəsarət alan yoxdur
Region
24 Avqust , 2015 14:19
​Ermənistanda qaz-yanacaqdoldurma məntəqəsində partlayış olub

Bakı. 24 avqust. REPORT.AZ/ Ermənistanın Ağrı vilayətinin (Ararat) Dmitrov kəndində qaz yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Hadisə yanacaqdoldurma məntəqəsinə daxil olan "Opel" markalı avtomobilin qaz balonunun partlaması nəticəsində baş verib.

İlkin məlumata əsasən, xəsarət alan yoxdur. 

Son xəbərlər

Orphus sistemi