Yuxarı

​Ermənistan prezidentinin mətbuat katibi vəzifəsindən istefa verib

Arman Saqatelyan biznes-layihələri ilə məşğul olmaq üçün özəl sektora geçmək istədiyini söyləyib

Bakı. 18 iyul. REPORT.AZ/ Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan istefa ərizəsini təqdim edib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Saqatelyan Facebook səhifəsində yazıb.

O, başqa işə dəvət aldığını deyib və biznes layihələri ilə məşğul olmaq, özəl sektorda çalışmaq arzusunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi