Yuxarı

Ermənistan prezidenti Milli Təhlükəsizlik Şurası aparatını buraxıb

Sərəncam yeni katibliyin nizamnaməsi və tərkibinin rəsmi dərcindən on gün sonra qüvvəyə minəcək

Bakı. 10 avqust. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan Milli Təhlükəsizlik Şurası aparatının buraxılması barədə sərəncam imzalayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, sənəddə Prezident Administrasiyasının rəhbəri və Milli Təhlükəsizlik Şurasının katibinə sentyabrın 1-dək Şuranın yeni yaradılacaq katibliyinin nizamnaməsi və tərkibinin təsdiqi ilə bağlı sərəncam vermək üçün prezidentə təqdim etmələri barədə göstəriş verilib.

Sərəncam yeni katibliyin nizamnaməsi və tərkibinin rəsmi dərcindən on gün sonra qüvvəyə minəcək.

Qeyd edilib ki, bu qərar müasir daxili və xarici çağırışlara operativ, effektiv və koordinasiyalı şəkildə reaksiya vermək üçün Milli Təhlükəsizlik Şurasının rolunun artırılması məqsədilə qəbul olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi