Yuxarı

Ermənistan prezidenti mayın 16-da Avstriyaya gedəcək

Serj Sarqsyan ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə bir sıra görüşlərdə iştirak edəcək

Bakı. 14 may. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan mayın 16-da Avstriyaya işgüzar səfərə yollanacaq.

"Report" "Ermənistan səsi" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, S.Sarqsyan ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə bir sıra görüşlərdə iştirak edəcək.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşəcəkləri bildirildi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi