Ermənistan prezidenti İrana gedəcək

Ermənistan prezidenti İrana gedəcək O, məzuniyyətinin çox hissəsinin xarici ölkələrdə keçirəcək
Region
24 İyul , 2017 11:53
Ermənistan prezidenti İrana gedəcək

Bakı. 24 iyul. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan avqustun 5-də İrana işgüzar səfər edəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, səfər çərçivəsində İranın yenidən seçilən prezidenti Həsən Ruhaninin andiçmə mərasiminə qatılacaq.

İnformasiyaya əsasən, Serj Sarqsyan iyulun 24-dən etibarən, qısamüddətli məzuniyyətə çıxıb.

Məlumata görə, o, məzuniyyətinin çox hissəsini xarici ölkələrdə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi