Ermənistan prezidenti hökumətin istefasını qəbul edib

Ermənistan prezidenti hökumətin istefasını qəbul edib Bakı. 16 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib.
Region
16 Oktyabr , 2018 22:29
Ermənistan prezidenti hökumətin istefasını qəbul edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Ermənistan prezidenti Armen Sarkisyan yerli hökumətin istefasını qəbul edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

"Ermənistan hökumətinin istefası qəbul olundu", - deyə prezidentin saytına yerləşdirilən fərmanda qeyd olunub.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin buraxılmasından ötrü rəsmi səbəb yaratmaq üçün öz postunu tərk edib. Bununla belə o, Nazirlər Kabinetinin rəhbəri vəzifələrinin icrasını davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi