​Ermənistan polisinin rəhbəri Baqramyan meydanındakı etirazçıları dağılışaraq evlərinə getməyə çağırıb

​Ermənistan polisinin rəhbəri Baqramyan meydanındakı etirazçıları dağılışaraq evlərinə getməyə çağırıb "Polisin ictimai asayişi bərpa etmək üçün güc və imkanı var, lakin biz gənc vətəndaşlara qarşı zor tədbiq etmək istəmirik"
Region
30 İyun , 2015 13:08
​Ermənistan polisinin rəhbəri Baqramyan meydanındakı etirazçıları dağılışaraq evlərinə getməyə çağırıb

Bakı. 30 iyun. REPORT.AZ/ Ermənistan Polisinin rəhbəri Vladimir Qasparyan İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı davam edən aksiya iştirakçılarını dağılışaraq evlərinə getməyə çağırıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, səhər saatlarında V.Qasparyan bir daha mitinq iştirakçılarının qarşısına çıxaraq onları növbəti dəfə artıq səkkizinci gün avtomobil nəqliyyatı üçün bağlanan Baqramyan prospektini açmağa çağırıb.

Etirazçılar qarşısında çıxış edərək, o bildirib ki, polisin ictimai asayişi bərpa etmək üçün güc və imkanı var, lakin "biz yeniyetmələrə, gənc vətəndaşlara qarşı zor tətbiq etmək istəmirik".

Onun sözlərinə görə, gənclər "küçəni deyil, məntiqi seçməlidirlər".

Eyni zamanda, səhər meydanda etirazçıların sayı xeyli azalmışdı.

Son xəbərlər

Orphus sistemi