Ermənistan polisi yenidən aksiyaçılara xəbərdarlıq edərək onları hədələyib

Ermənistan polisi yenidən aksiyaçılara xəbərdarlıq edərək onları hədələyib Bakı. 11 aprel. REPORT.AZ/ Ermənistan polisi yenidən Yerevanda kütləvi toplantıların və yürüşlərin iştirakçılarına xəbərdarlıq edərək onları hədələyib.
Region
11 Aprel , 2018 22:50
Ermənistan polisi yenidən aksiyaçılara xəbərdarlıq edərək onları hədələyib

Bakı. 11 aprel. REPORT.AZ/ Ermənistan polisi yenidən Yerevanda kütləvi toplantıların və yürüşlərin iştirakçılarına xəbərdarlıq edərək onları hədələyib.

"Report" Ermənistan mətbuatına istinadən xəbər ki, polis aksiya iştirakçılarını kütləvi etiraz tədbirlərinin keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.

Polis bir gün əvvəl də belə bəyanatla çıxış edib. Növbəti bəyanatda polis ictimai asayişin pozulmasının, nəqliyyatın və piyadaların hərəkətinə mane olmağın yolverilməzliyini xatırladıb.

Xatırladaq ki, polisin bəyanatları Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə qarşı keçirilən etiraz aksiyalarında iştirak edənlərə aiddir.

Son xəbərlər

Orphus sistemi