​Ermənistan polisi gücləndirilmiş iş rejiminə keçib

​Ermənistan polisi gücləndirilmiş iş rejiminə keçib Rusiyanın Gümrüdəki konsulluğunun binası və Rusiya hərbi bazası yerləşən rayonda polis postları gücləndirilib
Region
19 Yanvar , 2015 19:37
​Ermənistan polisi gücləndirilmiş iş rejiminə keçib

Bakı. 19 yanvar. REPORT.AZ/ Gümrü polisi gücləndirilmiş iş rejiminə keçib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu rejimin tətbiqi Rusiya bazasının müddətli hərbçisi Valeri Permyakovun yaraladığı 6 aylıq körpənin ölməsi ilə bağlıdır.

Məlumata görə, Rusiyanın Gümrüdəki konsulluğunun binası və Rusiya hərbi bazası yerləşən rayonda polis postları gücləndirilib.

Xatrırladaq ki, bu il yanvarın 12-də Rusiya hərbçisi Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 2 yaşlı uşağı da daxil olmaqla 6 nəfəri avtomatla qətlə yetirmiş, 6 aylıq körpəni isə yaralamışdı. Yanvarın 19-da körpə də xəstəxanada ölüb.

Son xəbərlər

Orphus sistemi