Ermənistan parlamentinə yeni sədr seçilib

Ermənistan parlamentinə yeni sədr seçilib Mayın 18-də yeni parlamentin ilk iclası keçirilib və toplantıda qanunverici orqanın rəhbərliyi formalaşdırılıb
Region
18 May , 2017 16:40
Ermənistan parlamentinə yeni sədr seçilib

Bakı. 18 may. REPORT.AZ/ Ara Babloyan Ermənistan parlamentinin yeni sədri seçilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, mayın 18-də yeni parlamentin ilk iclası keçirilib və toplantıda qanunverici orqanın rəhbərliyi formalaşdırılıb. 

Səsvermədə 105 deputadan 100-ü iştirak edib. Onların 88-i Babloyana, 12-si isə onun “Çıxış” blokundan olan rəqibi Edmon Marukyana səs verib.  

Məlumata görə, parlament sədrinin müavinləri mayın 19-da seçiləcək. Hakim Respublikaçılar Partiyası bu vəzifəyə Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyanın, “Tsarukyan” bloku isə Mikael Melkumyanın namizədliyini irəli sürüb. “Çıxış” bloku da hakim partiyanın namizədlərinin əleyhinə səs verib, Mikael Melkumyanın namizədliyini müdafiə edəcəyinin bildirib. Yeni parlamentdə əvvəlki kimi 2 deyil, sədrin 3 müavini olacaq.

Qeyd edək ki, Ara Babloyan hakim Respublikaçılar Partiyasından deputat seçilib. O, 1947-ci il mayın 7-də Yerevanda doğulub. İxtisasca həkimdir. Əvvəlki parlamentin səhiyyə, doğuş və uşaqlarla bağlı komissiyasının sədri olub.

Xatırladaq ki, parlamentin əvvəlki sədri Qalust Saakyan idi.

Son xəbərlər

Orphus sistemi